Novruzum - Eldar Mansurov, Faiq Ağayev

Novruzum - Eldar Mansurov, Faiq Ağayev

Год
2021
Язык
`Азербайджан`
Длительность
185560

Ниже представлен текст песни Novruzum, исполнителя - Eldar Mansurov, Faiq Ağayev с переводом

Текст песни "Novruzum"

Оригинальный текст с переводом

Novruzum

Eldar Mansurov, Faiq Ağayev

Gül-çiçəklər bürüyər dağı, çölü, çəməni

Süfrələri bəzəyər yaşıl telli səməni

Arzu-istək gizlənər süfrələrin şamında

Sevinər ana yurdum bu bayram axşamında!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

Bizə sevinc gətirər durnalar qatar-qatar

Qonşu qapılarına uşaqlar papaq atar

Hamı tələsər bu gün öz yurduna-evinə

Xoş gəlmisən, Novruzum, Azərbaycan elinə!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

Bu Novruz bayramında hər bir ürək şən olar

Unudular kin-nifrət, gün gecəylə tən olar

Hər evə, hər ocağa ruzi-bərəkət gələr

Novruzun gəlişini el həsrətlə gözləyər!

Sevinir ana yurdum

Haydi, yallı gedək!

Xoş gəlmisən, Novruzum

Qədəmlərin mübarək!

Sevinir ana yurdum

Haydi, yallı gedək!

Xoş gəlmisən, Novruzum

Qədəmlərin mübarək!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

Tonqallar alovlanır

Hər evdə gözəl xonça

Bu gün el bayramıdır

Deyib-gülək doyunca!

2+ миллиона текстов

Песен на разных языках

Переводы

Качественные переводы на все языки

Быстрый поиск

Находите нужные тексты за секунды